• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1268
— 10.11.2022 12:15

Türkiyənin Baş konsulluğunda Atatürk anılıb

KepezTV Player

Türkiyənin Gəncədəki Baş Konsulluğunda Mustafa Kamal Atatürkün vəfatının 84-cü ildönümü ilə bağlı anım tədbiri keçirilib. Baş konsul Zəki Öztürk Atatürkü XX əsrdə dövlət quran böyük öndərlərdən biri kimi səciyyələndirib, siyasi baxımdan çox çətin və mürəkkəb vəziyyətdə fəaliyyət göstərdiyinə diqqət çəkib. Osmanlı dövlətinin səylərinə baxmayaraq, ölkə xarici və daxili təzyiqlər, eləcə də Birinci Dünya müharibəsinin nəticələrinə görə çox acınacaqlı durumda qazi Mustafa Kamal xalqı səfərbər edərək milli mübarizəyə başlayıb. Heç bir beynəlxalq gücün hegemonluğunu qəbul etməyən, yalnız xalqın iradəsinə, gücünə, mətinliyinə, fədakarlığına, qəhrəmanlığına arxalanaraq mübarizəni qələbə ilə başa çatdırıb. Tədbirdə Mustafa Kamal Atatürklə bağlı videoçarx nümayiş etdirilib.