• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2187
— 09.11.2022 13:44

Meyxanaçı Rəşad Dağlı qətl törətməkdə şübhəli bilinir

KepezTV Player

Meyxanaçı Rəşad Dağlı qətl törətməkdə şübhəli bilinir. Belə ki, bu gün saat 5 radələrində 1979-cu il təvəllüdlü İskəndər Mehtiyevin öldürülməsi barədə Qaradağ rayon prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla 1984-cü il təvəllüdlü Rəşad Əmirovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək tanışı İskəndər Mehtiyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı cinayət işi başlanıb. Rəşad Əmirov polisə könüllü təslim olub.