• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1604
— 08.11.2022 20:25

Zəfəri qazananların xatirəsi yad edilib

KepezTV Player

Nə şəhidlər öldü, nə də Vətən bölündü. Onlar ən yüksək zirvəyə ucaldı, ucaltdıqları bayraq kimi...Vətən isə bütövləşdi, bir oldu. Əməliyyatımızın adı "Dəmir yumruq" kimi... Yumruğumuz yenə yerindədir. İstər düşmən başı əzmək üçün, istərsə də vəhdətimiz üçün...Bu gün də vəhdətimiz pozulmadı. Uşaqdan böyüyə hər kəs şəhidlər xiyabanına üz tutdu. Yumruğumuzun gücünü şərtləndirən oğulların ruhunu yad etmək üçün... Çünki məhz onların sayəsində düşmən ayağı Qarabağa yad oldu..

Azərbaycan ordusunun vətən müharibəsində əldə etdiyi şanlı qələbənin növbəti il dönümü Gəncədə də böyük coşqu ilə qeyd olunur. Şəhər rəhbərliyi idarə və müəssisələrin kollektivləri, ictimaiyyət nümayəndələri torpaq uğrunda canından keçən qəhrəman oğulların əziz xatirəsinə ehtiram əlaməti olaraq, Gəncənin şəhidlər xiyabanını ziyarət ediblər.

Məktəblilər də ölməz şəhidlərin ruhunu ehtiramla yad ediblər. Onların təqdimatında şerlər, mahnılar səsləndirilib.

Şəhidlər xiyabanını ziyarətlə günə başlayan Gəncə sakinləri günü zəfər təntənəsinə həsr edilən konsert proqramında iştirakla yekunlaşdırdılar. Heydər Əliyev parkında, zəfər tağının qarşısında təşkil edilən konsert rəqqasların, mədəniyyət ustalarının ifasında musiqilər, Xalq artistlərinin və estrada müğənnilərinin vətənpərvərlik mövzusuna aid olan mahnıları ilə yaddaqalan olub. “Zəfərin mübarək, Azərbaycan!” adlı proqramla şəhər sakinləri bayramın coşqusunu yaşayıblar.

Bəli, hər kəs zəfərin təntənəsini qeyd edir. Bu gün Şuşa adlı böyük bir dastan yazılıb. İllər, əsrlər boyu tarixdən silinməyəcək, bütün nəsillərə örnək olacaq dastan. Bayramımız Mübarək, Zəfərimiz daim olsun !!!