• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1161
— 08.11.2022 20:20

Ermənistan öhdəliklərini yerinə yetirməsə, Azərbaycan lazımi addımlar atacaq

KepezTV Player

Gələn il üçün Azərbaycanın dövlət büdcəsində hərbi xərclərə ayrılacaq vəsait rekord həddə çatıb. Müharibənin bitməsinə rəğmən müdafiə xərclərinin yenə də ön sırada olması Ermənistanda revanşist qüvvələr baş qaldırmasıdır. Eləcə də Ermənistan öz silahlı qüvvələrini Qarabağdan tam çıxarmayıb, Zəngəzur dəhlizi ilə bağlı əməli fəaliyyəti yoxdur və vaxtaşırı hərbi təxribatlar törədir. Şuşada hərbçilər qarşısında çıxış edən prezident, ali baş komandan İlham Əliyev Ermənistana və havadarlarını ciddi xəbərdaqlıq edib.

Hər kəs bilməlidir ki, Azərbaycan Ordusu iki il bundan əvvəlki Ordu ilə müqayisədə daha güclüdür. Və Ermənistanda bunun nəzərə almadan odla oynayanların başı yumruq altında qalacaq. Bu ilki “Fərrux” və “Qisas” əməliyyatları, eləcə də sentyabrda Ermənistan-Azərbaycan sərhədindəki hadisələr revanşistlərə dərs olmalıdır. Prezident ilham Əliyev Qarabağa göz dikənlərə və Qarabağda müvəqqəti yerləşən Rus sülhməramlılarına belə bağlayanlara səslənir, yenə də faciə ilə üzləşəcəksiz.

Ali baş komandan bu ilin sentyabr hadisələrini də təsadüf hesab etmir və qarşı tərəfə verilən cavabın sərhəddə əsas strateji yüksəkliklərin Azərbaycannın nəzarətinə keçdiyinə diqqət çəkir. Qarakilsə, Qafan, Gorus, İstisu göz önündədir, Bala və Böyük Göyçə göllərinin sahilindəyik. Bunun Ermənistan üçün nə demək olduğunun əlavə şərhə ehtiyacı yoxdur.

Azərbaycanı indiki çərçivələrdə saxlayan Ermənistanın havadarının bəyanatları deyil, milli siyasətdir. Ermənistan bunu bilməlidir. Və prezident İlham Əliyev erməni xalqına müraciət edərək otuz illik işğalının acılarından dərs çıxarmağı məsləhət görüb.

Dövlət başçısı bir daha bəyan edib – Azərbaycan müharibə yox, sülh istəyir. Amma sülh müqaviləsi, ədalətli, beynəlxalq hüquqa əsaslanan şərtlər əsasında imzalanmalıdır. Əgər Ermənistan xoş niyyət göstərməsə nələrin baş verəcəyini həyat göstəcək.