• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2181
— 08.11.2022 12:10

Bu gün Azərbaycanda 8 Noyabr - Zəfər Günü qeyd olunur

KepezTV Player

Bu gün Azərbaycanda 8 Noyabr - Zəfər Günü qeyd olunur. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Hər bir azərbaycanlı üçün əziz olan Qarabağın incisi Şuşa şəhərinin noyabrın 8-də iyirmi səkkiz illik əsarətdən qurtarılması müharibənin taleyində həlledici rol oynadı, düşmənin siyasi-hərbi rəhbərliyinin məğlubiyyəti etiraf etməsinə və hərbi əməliyyatları dayandırmasına səbəb oldu. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev iki il öncənin bu günü Şəhidlər xiyabanından xalqa etdiyi müraciətdə Şuşa şəhərinin işğaldan azad olunduğunu bildirib.