• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1586
— 07.11.2022 21:03

44 günlük Vətən müharibəsinin xronikası: 7 noyabr

KepezTV Player

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. İki il öncənin bu günü Prezident İlham Əliyev Azərbaycan Ordusunun Xocalı,Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Xocavənd rayonlarının bir neçə kəndinin işğaldan azad etməsi ilə bağlı paylaşım edib.Düşmənin texnikası və canlı qüvvəsi məhv edilib.Ağdam, Tərtər və Ağcabədi artilleriya atəşinə tutulub. Ermənistanın Bərdəyə raket atəşi nəticəsində 16 yaşlı yeniyetmə həlak olub.