• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1927
— 07.11.2022 20:47

Prezident “N” saylı hərbi hissədə yaradılan şəraitlə tanış olub

KepezTV Player

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Füzuli rayonu ərazisində Müdafiə Nazirliyinin yeni istifadəyə verilmiş “N” saylı hərbi hissəsində yaradılan şəraitlə tanış olub. Prezident hərbi şəhərciyin ərazisində şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksinin önünə gül dəstəsi qoyub, burada ağac əkib. Ali Baş Komandan hərbi şəhərciyin qərargah binası ilə tanış olub. Dövlətimizin başçısı hərbçilərlə birgə foto çəkdirib, onları 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edib.

Hərbi şəhərcikdə görülən işlər barədə məlumat verən müdafiə naziri Zakir Həsənov bildirib ki, şəxsi heyətin xidməti və məişət şəraitinin təmin edilməsi məqsədilə hərbi şəhərcik əsaslı təmir olunub.Prezident İlham Əliyev hərbi şəhərcikdə əsgər yataqxanası, əsgər yeməkxanası və idman zalı ilə tanış olub. Şəhərcikdə hərbi qulluqçular və onların ailələri üçün yeni istifadəyə verilmiş iki və üçmərtəbəli yaşayış binaları, məktəb və uşaq bağçası mövcuddur. Hərbi qulluqçuların səmərəli istirahəti üçün müasir standartlara uyğun şərait yaradılıb.