• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2189
— 06.11.2022 20:00

Enerji içkilərinin tərkibi və orqanizmə təsiri

KepezTV Player

Günümüzdə enerji içkilərinin istifadəsi artıb. Belə içkilərin insan orqanizminə təsiri və tərkibi nəzərə alınmadan elə uşaqlı böyüklü əksəriyyət bu içkilərin istifadəçisinə çevrilib. Amma fəsadlarını deyəsən nəzərə alan çox azdır.

Belə içkilər bədəni ehtiyyat enerjisini istifadə etməyə məcbur edir. Tərkibində taurin və kafein maddəsinin olması belə içkilərin qəbulundan sonra həddindən artıq aktivləşmə yaradır. Əsasən də həyəcanlananda və əsəbiləşəndə. Belə içkilərdən hətta məktəbyaşlıların istifadəsi xoşolmayan vəziyyət yaradır.

Enerji içkilərinin bəziləri isə əslində heç enerji içkisi deyil, yəni tərkibində enerji verən maddələr yoxdur.

Günümüzdə enerji içkilərindən istifadə edənlər xeyli saydadır. Ancaq bunun zərərli olduğunu düşünən insanların da sayı az deyil.

Enerji içkilərinin sağlamlığımız üçün müxtəlif riskləri var, məsələn Baş ağrısı, ürək-damar problemləri, qan təzyiqinin yüksəlməsi, piylənmə, yuxu pozğunluqları, kalsium çatışmazlığı, diş problemləri və s. kimi. Bunu nəzərə alaraq  belə içkilərin artıq istifadəsindən çəkinməliyik.