• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2181
— 06.11.2022 20:09

“Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblı repertuarını zənginləşdirib

KepezTV Player

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının yaradıcı kollektivi repertuarını zənginləşdirib. Filarmoniyanın tərkibində fəaliyyət göstərən musiqi kollektivləri, o cümlədən adlı-sanlı “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblı öz yaradıcılığı, əsasən vətənpərvərlik mövzusunda ifaları ilə tamaşaçılarının qəlbini bundan sonra da fəth etmək üçün var gücü ilə çalışır.

Ötən əsrin 60-cı illərində yaranan “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblı gərgin məşqlərə başlayıb. Yeni mövsümdə kollektiv maraqlı repertuarla musiqisevərlərin qonağı olacaq. Artıq ansanblın bütün solistlərinin oxuyacaqları mahnılar dəqiqləşdirilib. Əsasən vətənpərvərlik mövzusunda, qələbə ruhlu mahnılara üstünlük verilib.

Musiqi sahəsində minlərlə insanın qəlbini fəth etmiş sənətkarlar dinləyicilərin onların gözəl ifası üçün darıxdıqlarının fərqindədirlər. Səhnədən təbii ki, zövqlü, peşəkar mahnıların sədası gəlməlidir

Bundan başqa kollektiv pandemiyadan sonra ilk dəfə olaraq xarici qastrol səfərlərinə hazırlaşır. Qardaş ölkə Türkiyədən musiqiçilərlə doğma Gəncəmizdə konsert də planlaşdırılır.

“Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblının incəsənət sahəsinə töhfə vermək naminə uğurlu fəaliyyət üçün planları böyükdür. Onların reallaşması isə müsiqi sevərlərin ruhunu oxşayacaq.

 

Elnur Vahidoğlu