• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1514
— 06.11.2022 20:06

Zəfər günümüz qeyd edilib

KepezTV Player

Gəncə Maarif Evində 8 Noyabr- Zəfər Gününə həsr olunan tədbir keçirilib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən  müharibəsində qazandığı qələbənin önəmindən söz açılıb. Azərbaycan xalqının və dövlətinin qüdrətinin rəmzinə çevrilən bu möhtəşəm Zəfərin tarixi əhəmiyyəti bir əsrin hüdudlarına sığmır. Bu Zəfəri təkcə bizim ölkəmizin deyil, həm də bütün Cənubi Qafqaz bölgəsinin əmin-amanlığı və inkişafı üçün yeni imkanlar yaradıb. Tədbirdə vətənpərvərlik ruhunda şerlər də səsləndirilib, videoçarx nümayiş etdirilib.