• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1950
— 05.11.2022 21:42

Göygöldə onlayn yolla narkotik satan və alan şəxslər saxlanılıb

KepezTV Player

Göygöl rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri kompleks əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq, onlayn yolla narkotik vasitə satmaqda şübhəli bilinən şəxslər saxlanılıb. Xaliq Musayev Alqayıt Əzizov ilə İran vətəndaşından aldıqları külli miqdarda narkotik vasitəni satıblar.  
Onlardan “heroin”, tərəzi və 1 ədəd süngü bıçağı aşkar edilib. Əvvəllər məhkum olunmuş Alxan Ağarəhimovun üzərindən də “metamfetamin” tapılıb. Saxlanılan Asim Salmanovda aşkarlanan “tiryək” müvafiq ekspertizaya təqdim edilib. Bundan başqa, qanunsuz olaraq narkotik vasitə əldə edib, saxlamaqda şübhəli bilinən Allahverdi Əhmədov, Elnur Sadıqov və Mirsalam Seyidov da tutulub. Hər 3 şəxsin üzərlərindən müxtəlif bükümlərdə “metamfetamin” və tiryək aşkar edilib. Xaləddin İsmayılovdan isə külli miqdarda narkotik maddə olan “heroin” aşkar edilərək götürülüb.