• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1441
— 05.11.2022 19:38

Təbrizdə Azərbaycanlı fəallar həbs ediliblər

KepezTV Player

İranın Təbriz şəhərində azərbaycanlı fəallar həbs ediliblər. Rəhman Azərirad və Məhəmməd Cavidi molla respublikasının təhlükəsizlik qüvvələri tərəfindən həbs olunublar. Onların həbs səbəbi və hara aparıldığı barədə heç bir məlumat yoxdur. Əslən Muğan bölgəsindən olan 24 yaşlı gənc fəal Səkinə Piran da işə gedərkən saxlanılıb. Yeddi gün dindirilən fəal döyülüb. İşgəncə verilən qız həbsxanadadır, vəziyyəti ağırdır, müalicəsinə isə icazə verilmir.