• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2301
— 04.11.2022 20:23

Universitet müəllimi qəza törətdi, xəsarət alan var

KepezTV Player

Gəncədə yol nəqliyyat hadisəsi baş verib. Hadisə bu gün axşam saatlarında şəhərin Mikayıl Müşfiq küçəsində, Gəncə Dövlət Universtetin dördüncü korpusunun qarşısında olub. Belə ki, universitetin müəllimi 30 yaşlı Mustafa Cəfərov idarə etdiyi VAZ 2107 markalı avtomobillə döngədən baş yola çıxarkən qarşıdan gələn avtomobili gözləməyib. Nəticədə maşın 22 yaşlı İsmayıl Verdiyevin sükanı arxasında olduğu VAZ 2107 markalı avtomobillə toqquşub. Bu nəqliyyat vasitəsi isə betona çırpılıb, sürücüsü İsmayıl Verdiyev müxtəlif bədən xəsarəti alıb. Ona lazımi tibbi yardım göstərilib, ambulator müalicəyə buraxılıb. Faktla bağlı araşdırma aparılır.