• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2360
— 04.11.2022 12:01

Türkiyə vətəndaşını avtomobil vurub

KepezTV Player

Gəncədə, Şah İsmayıl Xətai prospektində 2008-ci il təvəllüdlü Türkiyə vətəndaşını maşın vurub. Yeniyetmə Mersedes markalı avtomobili idarə edən naməlum sürücü tərəfindən vurulub. Nəticədə 14 yaşlı piyada kəllə-beyin travması alaraq özəl xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir. Hadisəni törədən sürücü hadisə yerindən qaçıb. Onun tapılması istiqamətində axtarışlar davam etdirilir.