• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1588
— 03.11.2022 20:32

Hamilə qadın stomatoloqa getməlidirmi?

KepezTV Player

Sağlam övlad dünyaya gətirmək üçün xəstəliksiz, ağrısız, stressiz hamiləlik vacib amillərdəndir. Bəzən isə nəzarətdən kənara çıxan problemlər baş qaldırır ki, onların sırasında stamotoliji amillər də yer alır. Məsələn diş əti, dişdə yaranan ağrılar kimi...

Hamiləlikdə diş həkiminə getmək olmaz. Stomotoloqa müraciət məsləhətli deyil kimi sözlər əslində yalnışdır. Çünki, hamilə qadının keçirdiyi ağrı, acı məhz onun körpəsinə də təsir edir.

Hamiləlik dövründə ananın qidalandıqdan sonra dişlərinə laqeyd yanaşması diş əti xəstəliklərinə və bunun yaratdığı problemlərinə gətirib çıxara bilər.

Bəhruz Həsənov stomatoloq: Bu halların yaşanmaması üçün hamiləlik olmazdan əvvəl stomatoloq müayinəsi olmalıdır. Çünki əvvəldən cuzi olan problem hamiləlik dövründə aqressivləşir. Deyək ki, səthi kariyes var, hamiləlik dönəmində bu çox sürətlə inkişaf edir.

Hamiləlik dövründə hormonal dəyişikliklər, xüsusən diş əti xəstəliyi, diş çürüməsi və bir çox digər ağız boşluğu xəstəlikləri sağlamlıqla bağlı problemlərin baş qaldırmasına əsas yaradır. Bunun baş verməməsi üçün vaxtında həkim nəzarətindən keçməkdə fayda var.

Tamara Hümbətova hamilə qadın: Hamiləliyin ilk günlərindən diş problemim yarandı. Hətta hamilə olduğumu bilmirdim diş problemim yarananda. İlk 3 ayı həkimə getməyi məsləhət görməmişdilər. Özüm də narahat oldum getmədim.

Sağlam bir övlad dünyaya gətirməyi düşünürsüzsə, mütləq əvvəlcədən diş həkimə müraciət edin. Çünki, dünyaya gələn uşağın sağlamlığı ananın ağız sağlamlığı və gigiyenası ilə sıx əlaqədardır.

Nərgiz Əhmədqızı