• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1924
— 03.11.2022 20:31

Sosial şəbəkələrin insanlarda yaratdığı problemlər

KepezTV Player

Bu gün sosial şəbəkələr cəmiyyətdə əsas mövzuların ictimai müzakirə platformasıdır. Sosial şəbəkələr müasir dövrdə insanların əsas xəbər, əlaqə, əyləncə mənbəyidir. Burada müxtəlif məsələlərlə bağlı müzakirələr aparılır, şəxsi əlaqə saxlamaq imkanları var. Lakin bunun müsbət tərəfləri ilə bağlı mənfi tərəfləri də var ki, bu gün onlardan danışacağıq.

Sosial şəbəkənin yaranması ötən əsrin 90-cı illərinə təsadüf edir və artıq indi insanlar vaxtlarının böyük hissəsini burada keçirir. Nəticədə, real ünsiyyət məhdudlaşır, daha çox virtual həyat forması oryaya çıxır. Bu  şəbəkələrin fiziki və sosial həyatımıza zərərlərini bildiyimiz təqdirdə də yenə istifadəni məhdudlaşdırmırıq.

Şahin Rzayev İT işçisi: Son zamanlar sosial şəbəkələrdə istifdəçilərin sayı artır. Rəqəmlərə baxırıq gündən günə görürürk ki, insanlar meyillidir, yönəlirlər. Belə sosial şəbəkələrdə insanların sayının çox olması isə canlı təması azaldır. Insanlar da var ki, ümumilikdə səhərdan axşama kimi bir gözləri telefonda olur.

Araşdırmalar göstərir ki, fərdi xüsusiyyətə malik, özləri haqqında yüksək fikirləri olmayan insanların sosial şəbəkələrə daha meyilli olduqları müəyyən edilib.

Sosial platformalar artıq həyatımızın ayrılmaz hissəsinə çevrilib. Kimisi şəbəkələrdən məlumat almaq üçün istifadə edir, kimisi də işini idarə etmək üçün. Amma bəzən elə olur ki, sosial şəbəkələr  günün çox hissəsinin keçirildiyi məşğuliyyətə çevrilir. Bu proses ailə münasibətlərinə də təsirsiz ötüşmür.

Sona Davudova  psixoloq: Bir evin içində olan insanları sosial şəbəkələr bir birindən uzaqlaşdırmağa, ayırmağa, güvən problemlərini qırmağa da davam edir. Insanların uzun müddət sosial şəbəkələrdə zaman keçirməsi, hətta araşdırmalar göstəriri ki, 3 saat və daha uzun müddət sosial şəbəkələrdə keçirilən zaman insanların duyğu durumuna çox ciddi təsir göstərir. Insanlar öz sinirlərini, hirslərini, qəzəblərini, duyğularını kontrol eləməkdə çətinlik çəkirlər. tez tez sinir krizləri keçirirlər həmin insanlar. Və bunu da təbii ki, bir evin çində yaşadıqları insanlara övladlarına, yoldaşlarına, ailələrinə , valideynlərinə biruzə verirlər.

Mütəxəsislər tövsiyyə edir ki, insanlar sosial şəbəkələrdə limitli zaman keçirməli, canlı ünsiyyətə daha çox üstünlük verməli və kiçik ekrandan mümkün qədər qaçmalıdır.

Sona Davudova  psixoloq: Birlikdə verimli bir zaman keçirmələrini, hətta bunun üçün müəyyən bir plan qurmaqlarını tövsiyyə edirik. Çünki bəzən insanlar deyir ki, hər hansı bir səbəbdən iş və s. vaxt yoxdu, yorğun oluruq. Amma onu qeyd edim ki, mavi ekran qarşısında qalmaq qədər insanın beynini yoran çox az nümunələr var. Mavi ekran qarşısnda qalmaq insanı yorur, insanın əhval ruhiyəsini aşağı salır, bizim beynimizdə siraton hormonunun ifrazatını azaldır, bədənimizi passiv hala gətirir və ən əsası da bizim münasibətlərimizin zədələnməsinə kimi gətirib çıxarır.

Bu platformalardan necə istifadə edəcəyimiz isə öz əlimizdədir. Müsbət mənada yararlanmaq da,  mənfi tərəfdən istifadə də.