• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1526
— 03.11.2022 21:01

Şəhid ailələri və qazilərlə görüş keçirilib

KepezTV Player

Şəmkirdə Zəfər Günü ərəfəsində şəhid ailələri, qazilər və müharibə iştirakçıları ilə görüş keçirilib. Keçili kəndində reallaşan görüşdə rayon icra hakimiyyətinin başçısı Rəşad Tağıyev 44 günlük müharibə zamanı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyə ilə şanlı Ordumuzun göstərdiyi şücaətdən, dövlət-xalq-ordu birliyindən söz açıb. 30 ilə yaxın işğal altında qalan torpaqlarımızın düşməndən azad edilməsi ilə tariximizin şanlı səhifəsinin yazıldığını diqqətə çatdırıb. Qəhrəmanlıq salnaməsini qanları, canları ilə yazan şəhidlərimizin ailələrinin, qazilərin, veteranların hər zaman dövlətin xüsusi qayğısı ilə əhatə olunduqları vurğulanıb. Şəmkir rayonunda bu kateqoriyadan olan insanların daim diqqətdə saxlanıldığı bildirilib. Şəhidlərin adlarının əbədiləşdirilməsi istiqamətində görülən işlər yüksək qiymətləndirilib.