• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 773
— 03.11.2022 16:40

UTECA-da Zəfər Gününə həsr olunan elmi konfrans

KepezTV Player

Azərbaycan Texnologiya Universitetində Zəfər Gününə həsr olunan “Müasir elmin aktual çağırışları və nailiyyətləri” adlı respublika elmi-praktik konfransı keçirilib.Universitetin rektor əvəzi Yaşar Ömərov konfransın mövzusunun aktuallığına diqqət çəkərək məcmuələr toplusuna 200-ə yaxın tezisin daxil olduğunu bildirib. Konfransın alim və tədqiqaqtçıların elmi müzakirələr aparılmaları üçün yaxşı platforma olduğunu bildirib. “Elmin qlobal çağırışlarına lokal reaksiya”, “İnformasiya Kommunikasiya Texnologiyada müasir elmin aktual çağırışları və nailiyyətləri” mövzusunda məruzələr dinlənilib. Respublika elmi-praktik konfransı Qida sənayesi, Logistika, Yüngül sənaye, İnformasiya texnologiyaları və kompüter, Metal və materiallar mühəndisliyi, İqtisadiyyat və menecment, Davamlı inkişaf, yaşıl və nanotexnologiyalar, Multikultural təhsildə innovativ yanaşmalar olmaqla 8 istiqamət üzrə müəyyənləşib.

Yaşar Ömərov UTECA-nın rektor əvəzi: Konfransda 16 universitet və elmi müəssisənin alimləri iştirak edir. Konfrans 8 bölmə üzrə işini davam etdirəcək. Və bu müxtəlif sahələri təmsil edən alimlərin birgə müzakirələri üçün gözəl platformadır.