• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2111
— 03.11.2022 13:02

İran Bağdaddakı döyüşçülərini geri çağırıb

KepezTV Player

İran hökumətinə tabe olan 150-yə yaxın döyüşçü İraq paytaxtı Bağdaddan geri çağırılıb.Bu barədə Müharibə Araşdırmaları İnstitutunun İranda artıq bir aydan çoxdur davam edən etirazlar haqqında hazırladığı hesabatda qeyd olunub.İnstitut iddia edir ki, əmrə əsasən döyüşçülər İranın Məşhəd şəhərinə yerləşdiriliblər. Onlardan kütləvi etirazları yatırmaq üçün istifadə ediləcəyi iddia olunur.Hesabatda təhlükəsizlik qüvvələrinin etirazçıların qarşısını almaq və qorxutmaq üçün Tehranda psixoloji əməliyyatlar keçirdiyi də yer alıb.