• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1068
— 02.11.2022 11:44

Avtoqəzalar

KepezTV Player

Son zamanlar qəza xəbərlərini çox eşidirik. Ölkədə qəzaların sayı günbəgün artmaqdadır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə hər 30 saniyədə bir insan yol qəzaları nəticəsində həyatını itirir. Bu gün əksər yollarımız rahat və təhlükəsizdir ancaq buna baxmayaraq, 2022-ci ilin yanvar-iyun aylarında ölkədə baş verən qəzalar 2021-ci illə müqayisə də 8.1 faiz artıb.  Aparılan araşdırmalar göstərir ki, baş verən qəzaların 90 faizinin səbəbi sürücülərin diqqətsizliyi, tələsməsi, yuxusuzluğu, manevr qaydalarını pozması, avtomobili saxlanması qadağan olunan ərazilərdə saxlaması, sərnişinlərin isə işıqfora məhəl qoymadan yolu keçməsidir. Bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 12,2 faiz artaraq 1109 nəfərə çatıb. Qəzaların əksəriyyəti həftə sonu və bayram vaxtları baş verir və daha çox 31-35 yaşlı şəxslər tərəfindən törədilir. Qəzalar nəticəsində baş verən ölüm hadisələrinin səbəbi araşdırılarkən məlum olur ki, buna səbəb təhlükəsizlik kəmərinin taxılmaması, sükan arxasında mobil telefondan istifadə, diqqəti yayındıran söhbətlərin edilməsidir. Yollarda təhlükəsizliyin təmin edilməsi,tıxacların minimuma endirməsi və  qəzaların qarşısının alınması  üçün bir çox addımlar atılır və tədbirlər keçirilir. Belə ki,  avtomobillərin dəmir yol keçidlərində, tunellərdə, körpülərin altında, avtobus dayanacaqlarına 15 metrədək məsafədə, səkilərdə, digər sürücülərin işıqforları, yol nişanlarını görməsini məhdudlaşdıran yerlərdə də maşın saxlamaq qadağan edilir. Kifayət qədər profilaktik tədbirlərin aparılmasına baхmayaraq,  belə halların qarşısını almaq müşkül məsələyə çevrilib.

İndi isə həmin qəza anlarından birində nələr baş verdiyini eşidəcəyik.       

Nəqliyyat vasitələrindən istifadə həyatımızın ayrılmaz bir parçasıdır. Ancaq onun gün içərisində yaratdığı risk hallarını da danmaq olmaz. Ona görə də, ehtiyatlı olaq, peşman olmayaq.

 

 Aysel Abbasova