• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2053
— 02.11.2022 20:15

I və II qrup qana daha çox ehtiyac duyulur

KepezTV Player

Təəsüflə demək olar ki, bu gün tibb sahəsində elmi və texnaloji inkişaflara baxmıyaraq insan qanını əvəz edəcək heç bir müalicə vastəsi yoxdur. Yəni qanın yeganə mənbəyi insandır. Qan vermək isə insan həyatını qurtarmış olduğu kimi həm də öz sağlamlığmız üçün də lazımlıdır.

Daimi qan verən şəxsdə ürək xəstəliyi yüzdə doxsan faiz azalır. Bundan başqa insan özünü rahat hiss edir. Odur ki, verilən hər bir qan həm öz sağlamlığınız, həm də digər şəxsin sağlamlığı üçün lazımdır.

Mərkəzi Qan Bankının Gəncə bölməsi qərb bölgəsini əhadə edir və burada bölgədə ehtiyacı olanlar üçün qan tədarük edilir. Bölməyə gün ərzində könüllü olaraq 20-ə yaxın şəxs qan verməyə gəlir. Bununla belə bəzi qruplar üzrə qana ehtiyac daha böyükdür.

Qan vermək üçün müraciət edən şəxslər ilk növbədə həkim müayinəsindən keçirilir. İnfeksion xəstəliyi olan, son bir ildə cərrahi əməliyyat keçirən eləcə də ağır xəstələr qan verə bilməzlər. Qadınlar il ərzində 120, kişilər isə 90 gündən bir qan verə bilərlər. Yaşı 18-60 arası, çəkisi 50 kq-dan yuxarı olan hər bir sağlam vətəndaş donor ola bilər.

Hazırda bölmə üzrə 60 nəfər talasemiya, 20 nəfər isə hemafilya xəstəsi qeydiyyatdadır.

Elnur Vahidoğlu