• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1277
— 01.11.2022 16:25

Aqrar sektora dövlət qayğısından danışılıb

KepezTV Player

Göygöldə kənd təsərrüfatı işçilərinin peşə bayramı münasibətilə tədbir keçirilib. Dövlət Aqrar İnkişaf Mərkəzində reallaşan toplantıda rayon icra hakimiyyətinin başçısı Elvin Paşayev səbəbkarları təbrik edib, kənd təsərrüfatı ənənələrinə malik olan Göygöldə istehsal edilən aqrar məhsulların ərzaq təminatı baxmından önəmi vurğulanıb. Dövlət tərəfindən kənd təsərrüfatına göstərilən qayğı, bu sahədə istehsal və əhalinin məşğulluğunun artmasına səbəb olduğu qeyd edilib. Ölkə Prezidenti İlham Əliyevin 2008-ci ildə imzaladığı Fərman əsasında hər il noyabrın 1-nin Azərbaycanda Kənd Təsərrüfatı İşçiləri Günü kimi qeyd olunduğu xatırladılıb. Tədbirin sonunda aqrar sektorda xidmətlərinə görə fərqlənən bir qrup kənd təsərrüfatı işçisi rayon rəhbəri tərəfindən fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb.