• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1943
— 01.11.2022 14:51

Abort və fəsadları

KepezTV Player

Bu gün dünyada bir çox cəmiyyətlər abortu cinayət və günah hesab etdikləri halda, digərləri bunu adi və normal bir hal kimi qəbul edirlər. Qadın hamiləlikdən müxtəlif dövrlərdə azad ola bilər. Abortu 6-8 həftəyə qədər etmək olar amma təcrübə göstərir ki, dölü uşaqlıqdan 22 həftəyə qədər uğurla xaric etmək olar və bu ən son müddətdir suni doğuş sayilir. Bu gün dünyada hamiləliklərin 21%-i abort ilə nəticələnir. Abortların müxtəlif səbəbləri var. Bunlardan birinə ailə planlaşdırılması zamanı iki və ya daha çox övlad istənilməməsi, yaşlarının az olması, digəri isə cinsinə görə hamiləliyin sonlandırılmasını aid etmək olar. Bəzən qadınlar hamiləliyi sonlandırmaq üçün xalq təbabəti üsullarından istifadə edirlər. Lakin çox ehtiyatlı olmaq lazımdır, belə ki, xalq təbabəti vasitəsilə abort həmişə müsbət nəticə vermir və bu da təəccüblü deyil. Abortlar vasitəsilə məhv edilən canlı embrionlarla yanaşı, həmin abortlara məruz qalan analar da öz sağlamlıqlarını təhlükə altına salırlar. Bəzən abortdan sonra verilən fəsadlar bir qadını bir daha ana olmaq hissindən məhrum edir. Belə problem yaşayan Aytən xanım başına gələnləri bizimlə bölüşəcək və mütəxəssislərimizə müraciət edəcək.

Ləman Sultanlı