• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2383
— 01.11.2022 12:27

Bəy evində bıçaqlanma

KepezTV Player

Göygöl rayonunda bıçaqlanma hadisəsi qeyd alınıb. Belə ki, rayon sakini, 1986-cı il təvəllüdlü İlqar Bayramov toy məclisindən çıxandan sonra mübahisə zəminində bıçaqlanıb. Olaydan dərhal sonra xəsarət alan şəxs Gəncə şəhər Abbas Səhhət adına 1 nömrəli xəstəxanaya gətirilib və əməliyyat olunub. Keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində cinayəti törətməkdə şübhəli bilinən rayon sakini, yetkinlik yaşına çatmayan şəxs saxlanılıb. Hadisə toydan sonra bəy evində baş verib. Cinayəti törədən şəxs zərərçəkənin onu təhqir etdiyini deyib. Onların yaxın qohum olduğu bildirilir.