• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1333
— 31.10.2022 21:25

Xaricdən gətirilən avtomobillərin yerli bazardakılardan fərqi

KepezTV Player

Xaricdən avtomobil sifariş etmək və ya gətirmək dəb halını alıb desək yanılmarıq. Bunun üçün insanlar xüsusi şirkətlərin köməyi ilə və ya özləri fərdi qayadada sifariş edirlər. Bəs xaricdən gətirilən avtomobillərin yerli bazardakı avtomobillərdən fərqi nədir? Hansı daha sərfəlidir? Ətraflı qarşıdakı sujetdə.

Ölkəmizə idxal olunan avtomobillərin əksəriyyəti Gürcüstan, Koreya və Almaniyadan gətirilir. Müraciət olunanlar içərisində isə hibrid mühərrikli və dizel yanacaqlı minik avtomobilləri çoxluq təşkil edir.

Kamil Kərimov xarici ölkədən avtomobil gətirən şəxs: Ən çox Koreyanın daxili bazarından Azərbaycana avtomobilləri gətitirik. Çünki daha özünü doğruldan avtomobillər olduğu üçün onlara üstünlük veririk. Bir də ən əsası avtomobillər daha sağlam, yürrüşünün orginal olması müştərilərin üstünlük veridiklərindəndir. Bizim şirkətimizin Koreyada nümayəndələri var. Müştərilərimizin istəyinə uyğun olaraq daxili bazardan avtomobilləri seçir, avtomobili yoxlayırlar hər bir nöqsanına məsuliyyət daşımaqla bizim müştərimiz üçün alıb Azərbaycana göndərirlər. Hər bir müştərinin göndərdiyi pul invoys əsasında göndərilir, rəsmi şəkilldə bank vasitəsilə. Və pulu heç bir təhlükə gözləmir.

Xaricdən avtomobil alan alıcılar bildirir ki, yerli bazarla müqayisədə qiymət daha sərfəli olduğu üçün bu avtomobillərə daha çox üstünlük verilir. Maşının markasından asılı olaraq 2000, 3000 hətta 4000 manata kimi fərq edən modelləri xaricdən əldə etmək daha əlverişlidir.

Şirkətlərdən fərqli olaraq avtomobil alqı satqısı ilə məşğul olan şəxslər yerli bazardakı avtomobillərə üstünlük verilməsini daha doğru hesab edir.

Aqil Məmmədov avtomobil alqı-satqısı ilə məşğul olan şəxs: Daxili bazardan almaq daha yaxşıdır. Çünki maşını özün görüb yoxlaya bilirsən. Ala bilirsən. Və kimdən aldığını bilisən. Ordan gələn maşn hər cür ola bilər. Vuruq maşın da ola bilər, hazır maşınlar da, təmirə ehtiyacı olan maşınlar da gəlir.

Alıcıların əksəriyyəti o fikirdədir ki xaricdən gətirilən avtomobillərin vəziyyəti daha yaxşı olur. Mütəxəsislər isə bunun əksini deyir.

Natiq Nazimoğlu  ekspert: Xaricdən Azərbaycana gətirilən avtomobilləri də bura gələnə kimi müasir standartlara uyğun keyfiyyətli yanacaq və yağlardan istifadə olunur. Həmin atomobillərə texniki qulluq reqlamentlərə uyğun həyata keçirilrir. Ancaq, təəsüflər olsun ki, bu avtomobilllərdə bizdə istismara başladıqdan bir müddət sonra müəyyən problemlər yaranır. Çünki burdakı göstəricilər yuxarıda qeyd etdiyim göstəricilərə uyğun deyil. Sadecə xaricdən gələn avtomobillərə ona görə üsrtünlük veririlər ki, onların istehsal texnologiyası müasir və keyfiyyətlidir. Xüsusilə onu qeyd edim  ki, xaricdən işlənmiş avtomobil gətirən şəxslər diqqətli olsunlar. Çünki ölkəmizə xaricdən xüsusən də Gürcüstan üzərindən gətirilən avtomobillərdə ordakı işbazlar müəyyən texniki dəyişikliklər edirlər. Məsələn katalik neytrallaşdırıcı söküb çılxarırlar, yaxşı vəziyyətdə olan hissələri dəyişə bilırlər. Yəni, işlənmiş avtomobilin haradan gətirilməsinin də fərqi var.

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 55 199 avtomobil idxal edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9755 ədəd azdır.