• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1835
— 30.10.2022 20:49

Musiqi terapiyasının müsbət təsirləri

KepezTV Player

Musiqi dinləməyin bir çox müsbət təsirinin olduğu bilinir. Hətta bəzi həkimlər əməliyyat zamanı klassik əsərləri dinləyir. Bunun stressi azaltdığı və həmçinin xəstəyə də müsbət təsir etdiyi deyilir.

Musiqinin müalicəvi təsiri olması fikri hətta Aristotel və Platonun yazılarında da öz yerini alıb. Bizim ədəbiyyatımızda xüsusən Kitabi Dədə Qorqud dastanında musiqi xüsusi önəm daşıyır. Musiqi terapiyası musiqinin stressi azaltmaq, şəxsin əvhalını düzəltmək və özünə inamını artırmaq üçün istifadə olunan kliniki metoddur. Bu prosesə mahnını dinləmək, oxumaq, yazmaq, həmçinin də çalmaq aid ola bilər. Təbii ki, bunun üçün xüsusi istedad tələb olunmur. Musiqi ilə terapiya psixoloji mərkəzlərdə də istifadə olunur.

Taciyə Mehdisoy psixoloq:Uşaq psixologiyası ilə məşğul olan insanlar söyləyirlər ki, uşaqlar doğulduqdan sonra, ilk 3 ay ərzində tozsoran və bu kimi səslərin sədaları altında rahatlaşıb yata bilirlər. Bu qəribə səslənə bilər ancaq, uşaqlar ana bətnində suyun əhatəsində olduğu  üçün o səsə, oradakı xışıltıya, suyun səsinə alışmış olur. Ona görə ilk doğulanda sanki o səsi axtarır.

Musiqi terapiyasının psixologiyaya təsiri ilə yanaşı uşaqlardakı davranış pozuntuları, travmaların təsirinin azaldılması, eləcə də hamilə qadınlar üçün də faydaları sadalanır. Keçmiş zamanlardan savaşlarda xüsusi mahnının oxunması da musiqinin önəmini göstərir. Odur ki, musiqi sadəcə notlardan ibarət deyil.

Taciyə Mehdisoy psixoloq: Bəzi yazılarda Pifaqorun vaxtında riyaziyyat dərslərinin musiqi sədaları altında keçirildiyi və buna görə öyrənmə qabiliyyətinin daha yaxşı olduğu qeyd edilib. Psixoloji seanslar zamanı musiqidən xüsusilə, meditasiyalar zamanı istifadə edirik, elə musiqilər var ki, insanın ruhuna daha gözəl təsir edir. Biz terapiyalarımızda təbiətin səslərindən də istifadə edirik.

Musiqi terapiyasının nevroloji pozuntuları olan insanlarda beynin funksiyalarının bərpasına təsiri də tədqiq edilir.