• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1446
— 29.10.2022 20:42

Gəncədə iki yol qəzası olub, 7 nəfər xəsarət alıb

KepezTV Player

Gəncədə iki yol nəqliyyat hadisəsi baş verib. Qəzaların birində hərəkətdə olan sərnişin mikroavtobusu 4 nəfər piyadanı vurub. Digər olayda isə iki avtomobil toqquşub və 3 nəfər xəsarət alıb.

Piyadaların vurulması ilə baş verən yol nəqliyyat hadisəsi Gəncənin Təzə Bazar adlanan ərazisində qeydə alınıb. 58 yaşlı Elman Xudiyevin idarə etdiyi, 5 a marşrut xətti ilə hərəkət edən "Qazel" markalı sərnişin mikroavtobusu 4 piyadanı vurub. Nəticədə 69 yaşlı Sarıtel Məmmədova, 38 yaşlı Xatirə  Qurbanova, 35 yaşlı Gülmirə Ələkbərova və 25 yaşlı Aytac Abdullayeva müxtəlif dərəcəli bədən xəsarətləri ilə Gəncə şəhər Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasına aparılıblar. Tibbi yardımdan sonra şəxslər özəl xəstəxanalardan birinə yerləşdiriliblər. Vəziyyətləri orta-ağır olaraq qiymətləndirilir.

Digər yol nəqliyyat hadisəsi isə Gəncənin Nizami prospekti ilə Kimyaçılar küçəsinin kəsişməsində baş verib. Hərəkətdə olan "Mercedes" markalı mikroavtobus "Hyundai Elantra" markalı minik avtomobili ilə toqquşub. Qəza zamanı Mingəçevir sakinləri 65 yaşlı Gülüstan  Nəsibova və 57 yaşlı Ağgül  Verdiyeva eləcədə Kəlbəcər rayon sakini 33 yaşlı Kamil Musayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılara xəstəxanada tibbi yardım göstərilib və ambulator müalicəyə buraxılıblar. Hər iki faktla bağlı araşdırma aparılır.

Elnur Vahidoğlu