• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1235
— 28.10.2022 15:58

Avtomobil təmiri sexlərində və iaşə obyektində yanğın çıxıb

KepezTV Player

Tovuz rayonunun Aşağı Quşçu kəndində yanğın olub. Vahid Həsənova məxsus, ümumi sahəsi 400 m² olan birmərtəbəli, müxtəlif təyinatlı obyektin 1-ci mərtəbəsində hər birinin sahəsi 30 m² olan 2 avtomobil təmiri sexinin və bitişik, sahəsi 80 m² olan çayxananın konstruksiyaları yanıb. FHN əməkdaşları əraziyə cəlb ediliblər. Alov söndürülüb, obyektin zirzəmisi və yaxınlıqda olan tikililər yanğından mühafizə olunub. Obyekt sahibinin dediyinə görə, ona ümumilikdə 40 min manata yaxın zərər dəyib. Faktla baglı araşdırma aparılır.