• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1409
— 28.10.2022 16:00

Şəhid Rauf Əsgərovun xatirəsinə minifutbol turniri keçirilib

KepezTV Player

Daşkəsəndə isə Vətən müharibəsi şəhidi Rauf Əsgərovun xatirəsinə rayon məktəbləri arasında minifutbol turniri keçirilib. Əvvəlcə Gəncə Şəhidlər Xiyabanında şəhid Rauf Əsgərovun məzarı ziyarət edilib. Daha sonra “Daşkəsən Dəmir Filiz” MMC-nin balansında olan minifutbol, universal voleybol-basketbol meydançalarının yenidənqurma işlərindən sonra açılışı olub. “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti, Daşkəsən Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə baş tutan minifutbol turnirdə 2009-2011-ci il təvəllüdlü şagirdlərindən ibarət komandalar iştirak edib. Final oyununda Anar Mürsəlov adına 2 saylı tam orta məktəbin komandası birincilik əldə edib. Yarışda 2-ci və 3-cü yerlərə isə müvafiq ardıcıllığa uyğun olaraq Zahir Bağırov adına Yuxarı Daşkəsən qəsəbə tam orta məktəbi və Əli İsmayılov adına Quşçu kənd tam orta məktəbinin minifubol komandaları tutub. İlk üç yerin sahibləri, həmçinin “Ən çox qol vuran oyunçu” və “Ən yaxşı qapıçı” nominasiyaları üzrə qaliblər kubok, diplom, medal və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.