• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1591
— 27.10.2022 16:09

Şəhidin adını daşıyan məktəb qəzalı vəziyyətdədir

KepezTV Player

Ölkədə sovet dönəmindən tikilərək bu günədək istifadə edilən, istismar müddətini çoxdan başa vuran,  eyni zamanda qəzalı təhsil müəssisələri hələ də mövcuddur. Şəmkirdə Xuluf kəndində yerləşən şəhid Rövşən İsmayılov adına Plankənd 2 saylı tam orta məktəb də bu sıradadır. 100 ildən çox yaşı olan binada fəaliyyət göstərən təhsil ocağının qapı, pəncərə və tavanı bütünlüklə yararsız durumdadır. 500-dən çox şagirdin oxuduğu məktəbdə normal şəraiti olan sinifə rast gəlmək mümkün deyil.

Çinarlı qəsəbə 4 saylı körpələr evi – uşaq bağçasının binası ötən əsin 30-cu illərində inşa edilib. Əvvəllər sovxozun tərkibində olan tikili 50-ci illərin sonundan bağça kimi fəaliyyət göstərməyə başlayıb. 1 əsrə yaxın yaşı olan tikili bu müddət ərzində qəzalı duruma düşüb. Fasadında iri çatlar əmələ gəlib, hörümçək torunu xatırladan üstüaçıq elektrik naqilləri isə təhlükə mənbəyidir. Digər tərəfdən uyğunlaşdırılmış bina olduğu üçün tədris otaqları ilə mətbəx və anbar yanyana yerləşir.

Təhsil ocağında vəziyyət ürəkaçan olmasa da, burada tədris fasiləsiz davam etdirilir. 3 qruplu bağçada 50-yə yaxın uşaq məktəbə qədər təlim-tərbiyə alır. Problemlərə baxmayaraq müəllim və tərbiyyəçilər heyət ümidlidir ki, yaxın zamanlarda tikili təmir olunacaq.

Şəmkirdə qəzalı durumda olan bir başqa müsəssisə isə Xuluf kəndində yerləşən şəhid Rövşən İsmayılov adına Plankənd 2 saylı tam orta məktəbdir. 100 ildən çox yaşı olan binanın qapı, pəncərə və tavanı bütünlüklə yararsız haldadır. 500-dən çox  şagirdin oxuduğu təhsil ocağında normal şəraiti olan sinifə rast gəlmək mümkün deyil. Uçuq-sökük tikilinin, həyətdəki odun parçalarından da görmək olar ki şagirdlər hansı şəraitdə dərs keçirlər.

Nəzərdə tutulan təmir-bərpa işləri görülənədək gələcəyimiz sayılan körpələr, eyni zamanda şagirdlər bu qışı yenə də qəzalı, soyuq divarlar arasında keçirməyə məcburdurlar. Həm də məcbur olduqüları belə şəraitdə təlim-tədris almalarıdır.