• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1506
— 27.10.2022 11:15

Yol polislərinin üzərinə maşın sürən ata və oğlu saxlanılıblar

KepezTV Player

“KamAZ” markalı yük avtomobilinin sürücüsü Kamandar Məmmədova və onun sağlamlıq imkanları məhdud olan, sürücülük hüququ olmayan oğlu, eyni markalı yük avtomobilinin sürücüsü Taleh Məmmədova Yol-Patrul Xidməti Alayının 7-ci taqımının Kürdəmir və Hacıqabul rayonları ərazisində yerləşən stasionar postlarında “saxla” işarəsi verilib. Lakin onlar buna məhəl qoymayaraq nəqliyyat vasitələrini polis əməkdaşlarının üzərinə sürərək hərəkətlərini davam etdiriblər. Daha sonra görülmüş tədbirlər nəticəsində ata və oğlu saxlanılaraq barələrində müvafiq maddələrinə əsasən inzibati protokollar tərtib edilərək baxılması üçün Hacıqabul Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə Kamandar Məmmədov barəsində inzibati həbs tətbiq edilib, oğlu Taleh Məmmədovun isə sağlamlıq imkanının məhdud olması nəzərə alınaraq o, iki yüz manat məbləğində cərimə olunub.