• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 778
— 27.10.2022 11:58

Daşkəsəndə qızıl tapmaq məqsədilə tarixi abidəni sökmək istəyən şəxslər saxlanılıblar

KepezTV Player

Daşkəsən Rayon Polis Şöbəsinə  rayonun Aran Zəylik kəndi ərazisində yerləşən VII-IX əsrlərdə inşa olunan Alban məbədində bir neçə şəxsin qanunsuz olaraq qızıl axtarması və məbədə ziyan vurulması ilə bağlı məlumat daxil olub. Polis əməkdaşları dərhal həmin əraziyə gələrək təxirəsalınmaz tədbirlər həyata keçiriblər. Müəyyənləşib ki, Sumqayıt şəhər sakinləri - Namiq Əliyev, Əliağa Əhmədov, Şirvan şəhər sakini Eynur Səmədov, Bakı şəhər sakini Ülfət Niftalıyev və Quba rayon sakini Taleh Şirinov qabaqcadan planlaşdıraraq sözügedən əraziyə gəliblər.