• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 866
— 26.10.2022 20:46

Türkiyədən "iPhone" gətirənlər gömrükdə saxlanılıblar

KepezTV Player

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən külli miqdarda mobil telefonların ölkənin gömrük sərhədindən qanunsuz yolla keçirilməsi cəhdinin qarşısı alınıb. Belə ki, daxil olan məlumat əsasında İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı olan iki nəfər şəxs nəzarətə götürülüb və onlara məxsus çamadanlar rentgen aparatından keçən zaman mobil telefonlara bənzər təsvirlərin əks olunduğu müəyyən edilib. Yoxlama zamanı həmin şəxslərin çamadanlarındakı sellofan paketlərin içərisindən, qutu və aksesuarları ilə birlikdə, müxtəlif yaddaşlarda 40 ədəd mobil telefon aşkar edilib. Faktla bağlı araşdırma aparılır.