• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2140
— 26.10.2022 20:30

Icra başçısı FİF və "Kəpəz"in rəhbərlərini qəbul edib

KepezTV Player

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov "Futbolun İnkişaf Fondu"nun və "Kəpəz" Peşəkar Futbol Klubunun rəhbərliyi ilə görüşüb. Fondun icraçı direktoru Tural Piriyev fəaliyyətləri, Gəncə regionu üzrə görülən işlər, gələcək planlar və fondun "Kəpəz" klubuna dəstək məqsədi ilə yaratdığı "kapaz100k" layihəsi ilə bağlı ətraflı məlumat verib. "Kəpəz" Peşəkar Futbol Klubunun İdarə Heyətinin sədri İlqar Nadiri də "Kəpəz"in ev oyunlarının Gəncə şəhər stadionunda keçirilməsində dəstəyə görə icra başçısına təşəkkür edib, şəhər rəhbərini "Kəpəz"in “Səbail” ilə növbəti ev oyununa dəvət edib. Daha sonra bir sıra mövzular ətrafında müzakirələr aparılıb, bəzi təkliflər verilib.