• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1297
— 24.10.2022 21:12

Azərbaycanın səfirliyi Rusiya XİN-ə etiraz notası göndərib

KepezTV Player

2022-ci ilin 20-21 oktyabr tarixlərində Rusiyanın Birinci Kanalda yayımlanan “Böyük oyun” verilişinin efirində rusiyalı politoloqlar və erməni əsilli ekspertlər tərəfindən səsləndirilmiş açıq-aşkar antiazərbaycan çıxışları, Azərbaycanın ərazi bütövlüyünün şübhə altına alınması və dövlət xəritəsinin təhrif edilməsi ilə əlaqədar, Azərbaycan səfirliyi tərəfindən Rusiya Xarici İşlər Nazirliyinə rəsmi sərt etiraz notası göndərilib. Notada xüsusi vurğulanıb ki, verilişin qonaqları öz çıxışları ilə Ermənistan cəmiyyətində revanşist qüvvələri keçmişdə qalan münaqişəni canlandırmağa təhrik edir və separatizmi açıq şəkildə dəstəkləməklə, iki xalq arasında düşmənçilik toxumu səpirlər. Azərbaycan tərəfi Rusiyadan KİV nümayəndələrinin təxribat xarakterli hərəkətlərinin dayandırılması və gələcəkdə təkrarlanmaması üçün təxirəsalınmaz tədbirlər görməyi tələb edib.