• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1309
— 24.10.2022 16:36

Azərbaycandan İrana keçməyə cəhd göstərən 2 qadın saxlanılıb

KepezTV Player

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Biləsuvar rayonunun Səmədabad kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində, dövlət sərhədini pozaraq qanunsuz yolla Azərbaycandan İrana keçməyə cəhd göstərən 2 nəfər Azərbaycan vətəndaşı - 1994-cü il təvəllüdlü Vəliyeva Məryəm Təbriz qızı və 1981-ci il təvəllüdlü Qasımova Aytən Rafiq qızı saxlanılıblar.Araşdırma zamanı qeyd olunan şəxslərin cari ildə Türkiyədən deportasiya edilərək bu ölkəyə girişlərinə qadağa qoyulduğuna görə dövlət sərhədini pozaraq qanunsuz yolla İrana, oradan isə Türkiyəyə keçmək niyyətində olmaları müəyyən edilib. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.