• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2369
— 24.10.2022 10:40

44 günlük Vətən müharibəsinin xronikası: 24 oktyabr

KepezTV Player

44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Iki il öncənin bu günü düşmənin silah və sursat, yanacaq ehtiyatları anbarları sıradan çıxarılıb, PUA-sı zərərsizləşdirilib. Düşmən yaşayış məntəqələrimizi atəşə tutub.Gecə ərzində düşmənin döyüş texnikaları məhv edilməsinin videogörüntüləri yayılıb. Düşmənin döyüş təyyarəsi məhv edilib.Qubadlı rayonu Ermənistan ərazisindən artilleriya atəşinə tutulub.Artilleriya bölmələrimiz düşmənə sarsıdıcı zərbələr endirməyə davam edib.Düşmənin bölmələrimizə hücum cəhdinin qarşısı alınıb. Azərbaycan Hərbi Hava Qüvvələri düşmənin hərbi texnikası və infrastrukturunu, döyüş texnikalarını məhv edib.