• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2610
— 23.10.2022 20:23

Tariximizi yaşadan əntik varlıq

KepezTV Player

Əntikvarlıq özü bir sənət sahəsidir. Bu həm də tariximizin qorunub saxlanmasında eləcə də gələcək nəsillərə ötürülməsində ən gözəl vasitələrdəndir. Gəncədə də bu sənət sahəsi qorunaraq, yaşadılır. İndi təqdim edəcəyimiz sujetdə əntikvarlıq barədə danışacağıq. İzləyək.

Gəncədə əntik əşyaların alqı satqısı üçün ən böyük mağaza şəhərin Əttarlar küçəsində yerləşir. Mağaza sahibi Leyla Rafatova milliyətcə Çərkəzdir və  düz 25 ilə yaxındır ki,  əntik əşyaların alqı-satqısı ilə məşğul olur. 1955-ci ildə Krasnadarda anadan olan Leyla xanım 1975-ci ildə azərbaycanlı ilə ailə qurduqdan sonra Gəncəyə köçüb. Hər gün bu əşyaları silib təmizləyir və alıcılarına təqdim edir.

Satmaqla yanaşı özü də axtarışdadır. Leyla xanım əntiq məhsulları satış kolleksiyasını rəngarəng etmək üçün axtarır. Eləcə də belə əşyaları mağazaya gətirənlər də olur

Əşyaların qiyməti onun qədimliyindən çox asılıdır. Belə ki, ili köhnə olan əşyaların qiyməti daha bahadır.

Gördüyünüz bu əşyalar 18-19-cu əsrə aid olan məişətdə istifadə edilən qədim əşyalardı. Gələn alıcılarda bu əşyarala məhz çox üstünlük verir. Bu əşlar alıcılara 500-1000 manat arası təklif edilir.

Gəncədə əntikvarlıq sənətini yaşadan həvəskarlar da var. Bu əşyaların qorunması eləcə də sərgilənməsi şəhərə gələn qonaqlar üçün də maraqlı haldır. Onlar bu əşyaralarla qədimliyə səyahət etmiş olurlar.

İstər dəb kimi, istər hobbi, istərsə də biznes baxımından bu işlə məşğul olanlar cəmiyyətin gələcək kimliyini də formalaşdırmış olurlar. Tarixi qoruyub sonrakı nəsillərə ötürməklə.

 

Elnur Vahidoğlu