• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 900
— 23.10.2022 19:57

Göygöl sakinlərində narkotik və silah aşkar edilib

KepezTV Player

Göygöl rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən, rayon sakini Vüqar Vəliyev saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman narkotik maddə olan “metamfetamin” aşkar edilərək götürülüb. Keçirilən digər bir əməliyyat tədbiri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən, rayon sakini Elsevər Qəmbərov da saxlanılıb. Şübhəli şəxsin üzərindən aşkar edilən narkotik vasitələr-“tiryək” və “heroin” müvafiq ekspertizaya təqdim edilib.

Bundan başqa şöbə əməkdaşları tərəfindən  qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində keçirilən tədbirlər nəticəsində rayon sakini Ceyhun Mərdanov saxlanılaraq polis şöbəsinə gətirilib. Onun üzərindən 1 ədəd qundağı və lüləsi kəsilmiş, istifadəyə yararlı 12 kalibirli tüfəng aşkar edilərək götürülüb. Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktlarla bağlı araşdırmalar davam etdirilir.