• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 751
— 23.10.2022 19:58

Qaz xəttində sızma olub, avtomobil yanıb, sürücü xəsarət alıb

KepezTV Player

Tovuzun Yuxarı Öysüzlü kəndində qaz sızması avtomobilin yanmasına səbəb olub. Rayonun Bozalqanlı kənd sakini Babək İsmayılov idarə etdiyi "VAZ 2107" markalı minik avtomobilini nasazlıq səbəbində yolun kənarında saxlayıb. Yenidən avtomobili işə salmaq istəyən zaman isə ərazidən keçən qaz xəttində sızma baş verdiyindən yanğın olub. Bu zaman avtomobil yanıb, sürücü  xəsarətlər alıb. Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.