• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1902
— 22.10.2022 19:58

"Qəbələ" "Kəpəz"lə heç-heçə edib

KepezTV Player

Futbol üzrə Azərbaycan Premyer Liqasında XI tur çərçivəsində "Kəpəz" "Qəbələ"nin qonağı olub. Qəbələ şəhər stadionundakı qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Meydan sahiblərinin qolunu 20-ci dəqiqədə İsnik Alimi vurub. Gəncə təmsilçisinin heyətində isə 61-ci dəqiqədə Fərid Nəbiyev fərqlənib. Xallarının sayını 17-yə çatdıran "qırmızı-qaralar" hələlik 4-cü pillədə qərarlaşıb. 5 xala malik "Kəpəz" 8-ci sıradadır.