• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2114
— 22.10.2022 20:12

İnsultun yaranma səbəbləri müzakirə edilib

KepezTV Player

İnsult müasir dövrdə çox mühüm tibbi sosial problemdir. Bu həm ölüm, həm də əlillik səbəbləri sırasında ilk yerlərdə duran xəstəliklərdəndir. Son zamanlar bu xəstəliyin durmadan artması, eləcə də cavanlaşması tibb işçilərinin maarifləndirilməsini də aktuallaşdırır. Gəncədə bu istiqamətdə keçirilən elmi-praktiki konfransda mövcud vəziyyət təhlil olunub.

İnsult xəstəliyi beyin qan dövranının kəskin pozulması nəticəsində baş beyində zədələnmənin yaranması ilə xarakterizə olunur. Bu xəstəlik  əksər hallarda bədənin sağ və ya sol yarısında, ətraflarda qəfil zəiflik, huşun, nitq və görmənin pozulması, başgicəllənmə ilə təzahür edir. Diaqnozu isə klinik, laborator, tomoqrafik və damar müayinələrinin nəticələri əsasında qoyulur.

İnsult keçirmiş xəstələrə əvvəllər əlil kimi baxılırdısa hazırda müasir təbabətin inkişafı ilə  artıq bu xəstələrin sağalması yenidən əmək funksiyanın bərpası, həyata qayıtmaları daha da asanlaşdırıb. Belə ki bu xəstələrin  70 faizi bərpa olur və yalnız 30 faizə yaxın insan insult keçirdikdən sonra ya dünyasını dəyişir, ya da əlillik dərəcəsi alır.

Gəncədə “İnsult keçirmiş xəstələrin reabilitasiyasına yeni yanaşma” adlı elmi-praktiki konfransda 11 regiondan 100-ə yaxın  həkim, və elm adamı iştirak edib. Tədbir Səhiyyə Nazirliyi, TƏBİB, Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu və Azərbaycan Fizioteratiya və Reabilitasiya, Milli Nevroloqlar Assosasiyalarıının birgə təşkil edilib.

Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə kardioloji xəstəliklərdən sonra insanlar arasında ən geniş yayılmış xəstəliklərdən biri də insulit xəstəlikləridir. Məhz onun üçün də insulit xəstəliklərin reabiltasiyası gündəmdə olan məsələlərdəndir. Bu cür maarifləndirici tədbirlər də buna atılan mühüm addımdır.

Analoji konfrans bölgələrdə də təşkil olunacaq.