• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2292
— 22.10.2022 20:03

“Niva” dərəyə aşıb, sərnişin ölüb

Goranboy rayonunun Yuxarı Ağcakənd kəndi ərazisində rayon sakini Ədalət Qurbanov sürücülük hüququ olmadan idarə etdiyi “Niva” markalı avtomobili dərəyə aşırıb. Nəticədə sərnişini, 1983-cü il təvəllüdlü Goranboy sakini Habil Şəmilov hadisə yerində ölüb. Fakt araşdırılır.