• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1490
— 21.10.2022 16:16

AMADA bölgələrdə növbəti maarifləndirici tədbirini keçirib

KepezTV Player

Azərbaycan Milli Antodopinq Agentliyi "Antidopinq maarifləndirmə" proqramı çərçivəsində regionlarda maarifləndirici tədbirlərini davam etdirir. Növbəti belə tədbir Gənclər və İdman Nazirliyi ilə birgə Goranboyda reallaşdırılıb. Goranboy Olimpiya idman komplekində keçirilən görüşdə bu rayonla yanaşı, Gəncə, Mingəçevir, Bərdə, Göygöl, Naftalanda fəaliyyət göstərən idmançılar, məşqçilər, idman həkimləri iştirak ediblər. Tədbirdə təməl antidopinq bilikləri, antidopinq qayda pozuntuları, test nümunəsinin götürülməsi prosesi və s. məsələlərə dair geniş məlumat verilib. Eyni zamanda, əsrin bəlası sayılan narkotikin təsirləri, onun idmançı sağlamlığına zərərləri barədə danışılıb.