• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1987
— 21.10.2022 16:12

Mikroavtobusla yük maşını toqquşub, xəsarət alanlar var

KepezTV Player

Daşkəsən rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Olay Gəncə-Daşkəsən avtomobil yolunun rayonun Bayan kəndindən keçən hissəsində qeydə alınıb. Gəncə-Daşkəsən xətti üzrə işləyən “Mercedes” markalı mikroavtobusun “KamAZ” markalı yük maşını ilə toqquşması nəticəsində xəsərat alanlar olub. 1965-ci il təvəllüdlü İsmayılova Dilşad İsa qızı, 1983-cü il təvəllüdlü Rzayev Ədalət Məsim oğlu, 1983-cü il təvəllüdlü Quliyev Abuzər Mobil oğlu təcili tibbi yardım briqadası tərəfindən Gəncə şəhər Birləşmiş Xəstəxanaya gətiriliblər. Faktla bağlı araşdırmalara başlanıb.