• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1464
— 20.10.2022 20:32

Zəngəzur dəhlizinin hava qapısı istifadəyə verildi

Qarabağ və Şərqi Zəngəzurda firavan həyatın ən qısa müddətdə bərpası üçün sürətli yenidənqurma işləri davam etdirilir. Bu gün daha bir əlamətdar hadisəyə şahidlik etdik. Azad olunan ərazilərimizdə artıq ikinci beynəlxalq hava limanı açıldı. Azərbaycanda səfərdə olan Türkiyə Prezidenti  Rəcəb Tayyib Ərdoğanın da iştirakı ilə bu gün Zəngilanda və Cəbrayılda digər bir sıra mühüm tədbirlər də keçirildi. Ətraflı videomaterialda.

Zəngəzur dəhlizinin poladla birləşən yolu

Qarabağ və Şərqi Zəngəzur yaşıllıqlara bürünəcək

Kənd təsərrüfatı məşğulluğu təmin edəcək

Şərqi Zəngəzurun mühüm nəqliyyat qovşağına çevrilməsini şərtləndirən əsas obyektlərdən olan Zəngilan Beynəlxalq Hava Limanının açılışı əlamətdar tarixə təsadüf edir. İki il bundan öncə oktyabrın 20-də ermənilərin işğal etdiyi sonuncu rayonumuz olan Zəngilanın azadlığına qovuşmasını bayram etdik. Bu gün isə bu torpaqda irimiqyaslı infrastruktur layihənin açılışını qeyd edirik. Təntənəli şəkildə. Hər zaman Azərbaycana arxa-dayaq olan qardaş Türkiyə bu xoş günümüzdə də yanımızda oldu. Füzulidə olduğu kimi, Zəngilanda da Beynəlxalq Hava Limanının açılışında Rəcəb Tayyib Ərdoğan şəxsən iştirak edirdi. Türkiyə lideri təyyarədən enər-enməz ətrafı seyr edir və gördüklərindən məmnun qaldığını jestlə bildirir. Zəngilan aeroprotu Zəngəzur dəhlizinin hava nəqliyyatı infrastrukturu ilə gücləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir. Hava limanının açılış mərasimində İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında yaşanan dialoq isə iki qardaş ölkənin səmimi münasibətindən xəbər verir.

Zəngəzur dəhlizini dəmir yolu ilə birləşdirən Horadiz-Ağbənd dəmir yolu xəttinin Cəbrayıl rayonundan keçən hissəsində yerləşən Qumlaq stansiyası. Gələn ilin sonunda yekunlaşdırılması nəzərdə tutulan qatar yolu sərnişinlərin, habelə müvafiq istiqamətlərdə yüklərin səmərəli və təhlükəsiz daşınmasına imkan yaradacaq. Təməli qoyulan stansiya dəmir yolu xətti boyunca fəaliyyət göstərəcək 9 stansiyadan biridir.

Azərbaycan-Türkiyə/Qarabağ Tədbirlər Planına uyğun olaraq həyata keçirilən ikitərəfli tədbirlər sırasında Cəbrayıl rayonunda “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksinin yaradılması da nəzərdə tutulub. Yerli və türkiyəli mütəxəssislər tərəfindən ildə yerli iqlim şəraitinə uyğunlaşdırılan 2 milyon müxtəlif tingin yetişdirilərək Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında meşələrin salınmasında və yaşıllaşdırma işlərində istifadə olunacağı planlaşdırılır. Bu məqsədlə ilk ağacları isə Azərbaycan və Türkiyə prezidentləri əkiblər, eləcə də əraziyə ceyranlar buraxıblar.

İşğaldan azad edilmiş torpaqlarda aqroparkların yaradılması da diqqət mərkəzindədir. Zəngilan rayonunda əlverişli təbii iqlim, əsas məşğulluq və iqtisadiyyatın əsas hissələrindən birinin kənd təsərrüfatı olduğunu nəzərə alaraq “DOST Aqropark”ın fəaliyyətə başlaması mühüm addımdır. Ağıllı kənd təsərrüfatı kompleksinin birinci mərhələsinin işə düşməsi Türkiyə və Azərbaycan prezidentlərin xeyir-duası ilə reallaşıb.