• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1594
— 20.10.2022 20:30

Azərbaycan-Türkiyə: dost, qardaş, müttəfiq

Cəbrayıl şəhərində Türkiyə prezidentinin rəsmi qarşılanma mərasimi keçirilib.

Mərasimdən sonra Azərbaycan və Türkiyə Prezidentləri İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşü olub. Qarabağ və Şərqi Zəngəzurda firavan həyatın ən qısa müddətdə bərpası üçün sürətli yenidənqurma işləri davam etdirilir. Azad olunan ərazilərdə artıq ikinci beynəlxalq hava limanı açıldı. Türkiyə Prezidenti  Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ermənistana müsbət təkliflər edən Azərbaycanın məqsədinin sülh olduğunu ortaya qoyub.Azərbaycan prezidenti diqqəti Qarabağda və Zəngəzurdakı bərpa işlərində Türkiyə-Azərbaycan birliyinə çəkərək İkinci Qarabağ savaşından sonra iki ölkə münasibətlərinin daha yüksək səviyyəyə qalxdığını deyib.