• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1803
— 21.10.2022 00:48

Millinin böyük məşqçisi güləşin gələyindən danışıb

KepezTV Player

Karyeralarını başa vurduqdan sonra bəzi idmançılar başqa sahələrə yönəlsələr də, bir qism özünü idmandan kənarda görmədiyi üçün məşqçiliyə başlayır. İdmandan, güləşdən uzaqlaşmayıb məşqçi kimi çalışanlar arasında Cəbrayıl Həsənov da var. Gənclərdən ibarət yığmanın böyük məşqçisi Gəncəyə işgüzar səfəri zamanı Azərbaycan güləşinin gələcəyi ilə bağlı suallarımızı cavablandırıb.

Cəbrayıl Həsənov ötən ilin yanvar ayından məqşçi olaraq milli komandanın uğurları üçün çalışır. Onun rəhbərliyi dövründə gənc sərbəst güləşçilər bir sıra yarışlarda yüksək nailiyyətlər əldə ediblər. Onlardan biri Cəbaryıl Qadjiyev 20 yaşadək güləşçilərin  dünya çempionatında qalib gəlib.  Ancaq Serbiyada baş tutan böyüklərin dünya çempionatı gənclər üçün uğursuz alınıb. Həmin yarışda güləşçilərimiz fəxri kürsünün ən yüksək pilləsinə qalxa bilməyiblər. Bunun səbəbi isə...

Cəbrayıl Həsənov yığmanın planlarından da danışıb. Gənc mütəxəssis komandanın il ərzində bir neçə təlim-məşq toplanışı keçəcəyini deyib.

Gəncəli güləşçilər haqda da fikirlərini bildirən məşqçi milliyə yeni simaların cəlb ediləcəyini ifadə edib.

Milli komandanın heyətində perspektivli güləşçilərin olduğu deyən Cəbrayıl Həsənov böyüklərdən ibarət komandaya yeni adlar qazandırmaq, gələcəkdə dünya və Avropa çempionatlarında yaxşı nəticə əldə etmək üçün böyük əzmlə çalışdıqlarını söyləyib.