• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2104
— 21.10.2022 00:11

Həmişəyaşıl iynəyarpaqlıların kölgəsi də yox olur

KepezTV Player

Son zamanlar Gəncədə şam ağaclarının kütləvi şəkildə quruması müşahidə edilir. Bu halı şəhərin parklarında, yolkənarlarında aydın şəkildə müşahidə etmək mümkündür. Bəziləri bunu quraqlıq, digərləri xəstəlik və ziyanvericilərlə əlaqələndirirlər. Nəticə isə odur ki, yaşıl kütlənin sayı azalır, həmişəyaşıl olan bu ağacların kölgəsi belə qalmır. Mövzunu əməkdaşımız Elnur Vahidoğlu davam etdirəcək.

Bu ilin əvvəlindən başlıyaraq Gəncədə iynəyarpaqlı ağaclardan olan şamların quruması müşahidə olunur. İnkişafdan dayanan ağacların qol-budağı bürüşərək yarpaqları tökülür. Quruyan ağaclarda çatlar əmələ gəlir və şirə ifrazı artır.

Bura Nizami Gəncəvi məqbərəsinin ətrafında avtomobil yolunun sağ sahilində salınan yaşıllıq zolağıdır. Burada ağacların quruması daha çox müşahidə edilir. Təxminən 10 il bundan əvvəl salınan yaşıllıq zolağında ağacların inkişafı tamami ilə dayanıb.

Oksigen mənbəyi olan həmşəyaşıl ağacların kütləvi şəkildə quruması narahatlıq doğurmaya bilməz. Eləcə də sakinlər arasında. İsti havalarda kölgəsində daldalananlar problemin əlacının tapılmasını istəyirlər.

Qabil Səfərov sakin: Yaşıllıqdı, oksigendi camaat üçün yaxşıdır. Tozun qarşısını alır, insan orqanizminə lazım olan oksigeni verir. Yaşıllıq yaxşıdır, onu qorumaqda yaxşıdır. Ağacların qurumağı bərbad vəziyyət göstərir, amma yaşıllıq olanda hamının ürəyi açılır.

Məhəbbət İsgəndərov  sakin: Ağacların quruması nəinki insan orqanizmasına bütün canlı aləmə, təbiətə ziyandır. Yaşıllıq gözəllikdir, yaşıllığa baxanda insanda xoş emosiyyalar yaranır.

Ağacların quruma səbəbi də maraqlıdır. Təbii proseslərmi, yoxsa insan əməyinin təsiri nəticəsində yararnan ekoproblemlərmi qurumaya gətirib çıxarıb?

Mirsalam Qənbərov (telefon bağlantısı:Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri: Geniş şəkildə manotorinq işləri həyata keçirilib. Həmin ağacların quruma səsblərinin müəyyənləşdirilməsi istqiamətində təhlillər, tədqiqat işləri aparılıb. Məlum olub ki, həmin ağacların qurumasına müəyyən parazitlərin təsiri ilə ağaclar quruyub. Xüsusi ilə gövdə hissəində, kök hissəsində bu parazitlər, həşaratlar ağacların qurumasına, onların bioloji inkişafdan dayanmasına səbəb olur.

Zərərvericilərin təsiri nəticəsində məhvə məhkum olan ağacların müdafiəsi necə aparılmalıdır ki, quruma prosesi dayansın.

Kazım Hüseyinov ADAU-nun Bitki mühafizəsi kafedrasının dosenti: Bitkilər ölkə daxilinə və yaxud da bir yerdən digər yerə daşınarkən çox ciddi manitorinqlər aparılmalıdır. Karantin tədbirləri ciddi şəkildə aparılmalıdır ki, göbələklə xəstlənmiş tinglər bir yerdən digər yerə daşınmasın. Əgər hər hansı bir yerdə bitki xəstələnibsə torpağı ilə qazılıb kənar yerdə zərərsizləşdirilməlidir. Bitkinin əkildiyi yer olan çökək hissə orada da mütləq şəkildə dezinfeksiya işləri həyata keçirilməlidir.

Bundan başqa ağaclara aqrotexniki qulluqlar da güclü surətdə aparılmalıdır. Onların gübrələnməsi, ziyanvericilərə qarşı dərmanlanması, dibinin bellənməsi və digər xidmətlər də göstərilməlidir ki, ağaclar zəifləməsin. Əks halda xəstəlik və ziyanvericilər daha geniş yayılar, nəticədə ekoloji problemlərin qarşısını almaq çətinləşər.

Elnur Vahidoğlu