• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1749
— 20.10.2022 16:53

Həqiqətənmi gözəllik qurban tələb edir?

KepezTV Player

“Estetik əməliyyat. Sadə estetik toxunuşlar. Qüsursuz görünmək.” Son zamanlar bu ifadələri çox eşidirik. Hamı gözəl olmaq, komplekslərdən uzaq həyat yaşamaq istəyir. Çünki müasir dövrün insanları üçün imic və görüntü çox önəmlidir. Mütəxəssislərin rəyinə görə, ictimai inkişaf artdıqca insanlar öz bədən quruluşuna daha çox əhəmiyyət verməyə başlayırlar: Fiziki qüsur insanın özünə inamına, yəni birbaşa olaraq sosial həyatına və fəaliyyətlərinə təsir edir. Xarici görünüşünə güvənən insanlar özünəgüvəni olmayanlara nisbətən daha aktiv və xoşbəxtdir. Araşdırmalara görə, xanımların 32%-i estetik əməliyyat haqqında düşünür. Bu statistikadakı qadınların 45%-nin yaşı 35-dən aşağıdır. Amma estetik müdaxilə heç də hər zaman gözlənilən nəticəni vermir. Bəzi prosedurlar baxışın donuqlaşması, üz və mimikaların yox olması ilə son tapır. Estetik əməliyyat,həm də nevroloji, psixoloji və fizoloji pozğunluqların yaranmasına da gətirib çıxara bilir. Bəs bütün bunlara baxmayaraq plastik əməliyyata üz tutaraq bütün bu riskləri almağa dəyərmi? Gözəllik həqiqətənmi qurban tələb edir? Bu mövzuda hamı fərqli fikirdədir. Bəs siz necə düşünürsünüz? Təbii görünüşmü? Estetik gözəllikmi?

Cavabları eşitdiniz. Mən isə gülən gözləri seçərdim. Əsas odur, insan güzgüdəki əksini sevsin. Xoş sabahlar!

 

Abbasova Aysel